Pedaqogika elminin görkəmli nümayəndəsi, tanınmış ictimai xadim, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, akademik, Azərbaycan Respublikasının əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor. Azərbaycan SSR-nin xalq maarif naziri.

Previous Next

Haqqında

Mehdi Məmməd oğlu Mehdizadə 1903-cü il yanvar ayının 5-də indiki Cəbrayıl qəzasının Daşkəsən kəndində anadan olmuşdur. Atası Məmməd kişi yenilik tərəfdarı, savadlanma istəyi olan bir adam idi. Odur ki, onun arzusu oğlunun təhsil alması və doğma kəndlərində müəllim işləməsi idi. 1914-cü ildə Daşkəsən kəndində tədrisi rus dilində aparılan 3 sinifli ibtidai rus-tatar məktəbi açılır. Mehdi həmin məktəbə daxil olanda onun 11 yaşı var idi. 1919-cu ildə 16 yaşlı Mehdi Daşkəsən kənd ibtidai məktəbinin ilk məzunlarından biri olur və 1920-ci ildə doğma kəndlərində qiraət komasının müdiri kimi əmək fəaliyyətinə başlayır.

Haqqında deyilən fikirlər

Kitablar

Mehdi Mehdizadə adına mükafat laureatları

Görkəmli pedaqoq alim, akademik Mehdi Mehdizadə adına mükafat Azərbaycan Müəllimlərinin Yaradıcı İttifaqı tərəfindən 1995-ci ildə təsis edilmişdir. Bu işə respublikanın görkəmli alimləri, dövlət təşkilatları və ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri fəal cəlb olunmuşlar.
Mükafatın təsis olunmasında əsas məqsəd:
− Azərbaycan Respublikasının təhsil sisteminin yaradılmasında, ölkənin təhsil qanununun həyata keçirilməsində pedaqoq alimlərin, yaradıcı müəllimlərin fəal iştirakını təmin etmək, təlim-tərbiyə prosesinin aktual problemlərinin həllində öz dəyərli tədqiqatları ilә fərqlənən alimləri, yüksək göstəricilər qazanan yenilikçi, qabaqcıl təcrübə yaradan müəllimləri aşkar etmək;
− Ali məktəblərin professor-müəllim heyətini, ixtisasartırma və yenidənhazırlanma institutlarını, elmi-tədqiqat müəssisələrini, ümumtəhsil məktəbləri və digər təlim-tərbiyə müəssisələrində çalışan müəllim və tərbiyəçiləri təlim-tərbiyə ocaqlarına fəal köməklik göstərməyə, pedaqoji elmlərin nailiyyətlərini, qabaqcıl, yenilikçi iş təcrübəsi nümunələrini təbliğ etməyə cəlb etmək;
− Məktəbin yeniləşməsi prosesində fəal iştirak edən alim və müəllimləri maddi və mənəvi cəhətdən həvəsləndirməkdir.
Müsabiqəyə pedaqoq alimlərin son üç ildə hazırlanmış, dərc olunmuş, ölkəmizin tədris müəssisələrində təlim-tərbiyə işinin yeniləşməsi, habelə Təhsil Qanununun həyata keçirilməsi ilə bağlı ən yaxşı tədqiqat işləri təqdim cdilir.
Praktik müəllimlərin qabaqcıl, yenilikçi, yüksək göstəricilər əldə etməyə imkan vermiş iş təcrübəsini əks etdirən materiallar (müəllimlərin iş təcrübəsini geniş əks etdirən elmi məruzə, əyani, didaktik materiallar, çap olunmuş əsərlər, rəylər və s.) Müəllimlərin Yaradıcı İttifaqının yerli bölmələri müvafiq şəhərin (rayonun) Təhsil Şöbəsinin rəyi əsasında təqdim edilir. Mükafata əsas etibarilə respublika səviyyəsində yayılmağa layiq bilinmiş, Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən hazırlanması Baş İnstitutunda müzakirə olunub bəyənilmiş iş təcrübəsi nümunələri təqdim olunur.
Mehdi Mehdizadə Mükafatı Laureatı adı təhsil qurucusu, görkəmli alim, pedaqoq, akademik M.Mehdizadə irsini davam etdirən, pedaqoji-psixoloji problemləri Azərbaycan xalqının milli xüsusiyyətlərinə istinad edərək praktik fəaliyyətində və elmi əsərlərində Azərbaycan müstəqilliyi şəraitində məktəbin təlim-tərbiyə prosesinin yeniləşməsində, milliləşməsində fəal rol oynayan alimlərə, təcrübəli müəllimlərə təqdim olunur. Müsabiqənin qaliblərinə Müəllimlərin Yaradıcı İttifaqının imkanları və xeyriyyəçilərin yardımı nəzərə alınaraq pul mükafatı və xüsusi laureat diplomu verilir. Həmin mükafatların ikisi alimlər, üçü isə ümumtəhsil məktəblərinin müəllimləri və tərbiyəçiləri üçün – dəqiq elmlərin tədrisi üzrə 1 mükafat, humanitar elmlərin tədrisi üzrə 1 mükafat, tərbiyəçilər üçün 1 mükafat nəzərdə tutulur.
Müsabiqənin qalibləri Müəllimlərin Yaradıcı İttifaqının Respublika Şurası tərəfindən təsdiq edilmiş görkəmli alimlərdən, müəllimlərdən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdirilir.
Mükafat bir qayda olaraq “Müəllim günü” münasibətilə Yaradıcı İttifaqın rəhbərləri tərəfindən təntənəli şəraitdə təqdim olunur.

  • Ramiz Məmmədzadə ̶ Azərbaycan BPKİA vә YHİ-nun rektoru, professor, Respublikanın Əməkdar müəllimidir.
  • İlham Məmmədzadə ̶ fəlsəfə elmləri doktorudur. Mükafat hər iki alimə pedaqoji sahədə səmərəli fəaliyyətlərinə, “Xeyir və şər” monoqrafiyasında mühüm fəlsəfi, etik pedaqoji problemlərin ilk dəfə geniş elmi tətbiqinə görə 1995-ci ildə verilmişdir.
  • Sayad Rüstəmova ̶ Binəqədi rayonu, 83 nömrəli litseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi, pedaqoji elmlər namizədidir. Təlim-tərbiyə prosesində, gənc nəslin mənəvi tərbiyəsində yüksək göstəricilərinə görə mükafata 1995-ci ildə layiq görülüb.
  • Oqtay Məmmədov ̶ Saatlı rayonu, 1 nömrəli şəhər orta məktəbinin riyaziyyat müəllimi, pedaqoji elmlər namizədidir. Riyazi biliklərin gənc nəslə mənimsədilməsi sahəsində yüksək göstəricilərinə görə mükafata 1995-ci ildə layiq görülüb.
  • Əmiraslan Bəşirov ̶ Yevlax şəhər 5 nömrəli orta məktəbin tarix müəllimidir. Gənc nəslin vətənpərvərlik tərbiyəsi sahəsində qazandığı nailiyyətlərinə görə mükafata 1995-ci ildə layiq görülüb.
  • Həqiqə Məmmədova ̶ Azərbaycan Müəllimlərin Yaradıcı İttifaqının sədr müavini, 264 nömrəli müəllif məktəbinin direktoru — məktəbdə təlim-tərbiyə prosesinin yeniləşməsi sahəsində səmərəli fəaliyyətinə və əldə etdiyi nailiyyətlərə görə mükafata 1995-ci ildə layiq görülüb.
  • Ağanəcəf Quliyev ̶ Maştağa Xeyriyyə Cəmiyyətinin sədridir. Milli təhsil sisteminin yaradılmasında, müəllim-şagird əməyinin qiymətləndirilməsində xeyriyyəçilik fəaliyyətinə görə mükafata 1995-ci ildə layiq görülüb.
  • Nurəddin Kazımov ̶ Pedaqoji elmlər doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimidir. Pedaqogika sahəsində apardığı səmərəli tədqiqat işlərinə, pedaqoji elmlərin inkişafında böyük nailiyyətlərə və anadan olmasının 70 illiyi münasibətilə mükafata 1996-cı ildə layiq görülüb.
  • Əbdül Əlizadə ̶ Psixologiya elmləri doktoru, professordur. Son illərdə respublikamızda psixologiya elminin inkişafında görkəmli xidmətlərinə, “Məhəbbət aləmi”, “Azərbaycan xalqının güzəranında məişət psixologiyası” əsərinə görə mükafata 1996-cı ildə layiq görülüb.
  • Rəfiqə Mustafayeva ̶ Pedaqoji elmlər doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimidir. Respublikada pedaqoji sahədə ixtisasartırma sistemində və orta məktəbdə səmərli fəaliyyətinə, təlim-tərbiyə prosesinin yeniləşməsi problemlərinə həsr olunmuş sanballı tədqiqatlarına görə 1996-cı ildə mükafata layiq görülüb.
  • “Azərbaycan müəllimi” qəzetinin yaradıcı heyəti ̶ Təhsil Qanununun yerinə yetirilməsində böyük xidmətlərinə, müəllimlərin bu işə səfərbər edilməsində roluna, pedaqoji problemlərin obyektiv işıqlandırılmasına görə 1996-cı ildə mükafata layiq görülüb.
  • Aleksandr Brosalin ̶ Bakı şəhəri, Səbail rayonu, 6 nömrəli orta məktəbin fizika müəllimidir. Orta ümumtəhsil məktəbində fizikanın tədrisi sahəsində böyük nailiyyətlərinə, pedaqoji mətbuatda səmərəli çıxışlarına görə 1996-cı ildə mükafata layiq görülüb.
  • Həşim İsmayılov ̶ Zaqatala rayonu, Sumaylı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi, pedaqoji elmlər namizədidir. Gənc nəslin təlim- tərbiyəsində böyük göstəricilərinə görə 1996-cı ildə mükafata layiq görülüb.
  • Heybət Qədirov ̶ Yardımlı rayonu, Alçabulaq kənd orta məktəbinin kimya müəllimdir. Orta məktəbdə kimya tədrisinin keyfiyyətinin yüksəldilməsində xidmətlərinə görə 1996-cı ildə mükafata layiq görülüb.
  • Əhməd Seyidəhmədov ̶ Qobustan rayonu, Ş.Şikarov adına Sündü kənd orta məktəbinin biologiya müəllimidir. Biologiyanın tədrisində yüksək göstəricilərinə görə 1996-cı ildə mükafata layiq görülüb.
  • Əliheydər Həşimov Pedaqoji elmlər doktoru, professor; Fərahim Sadıqov — pedaqoji elmlər doktoru, professor. Xalq pedaqogikası sahəsində son illərdə apardıqları sanballı tədqiqat işlərinə, orijinal "Pedaqogika” dərsliyinə görə 1996-cı ildə mükafata layiq görülüblər.
  • Hüseyn Əhmədov Pedaqoji elmlər doktoru, professor, Rusiya Təhsil Akademiyasının həqiqi üzvü, Azərbaycanın Əməkdar Ali Məktəb işçisidir. Pedaqogika tarixi və nəzəriyyəsi sahəsində apardığı tədqiqatlara, gənc pedaqoqlar nəslinin yetişdirilməsində böyük fəaliyyətinә görə 1990-cı ildə mükafata layiq görülüb.
  • Yəhya Kərimov Pedaqoji elmlər doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimidir. İbtidai siniflərdə ana dilinin tədrisinin yeniləşməsi sahəsində səmərəli fəaliyyətinə, yeni dərslik, proqram, metodik vəsaitlər yaradılması sahəsində xüsusi xidmətlərinə görə 1997-ci ildə mükafata layiq görülüb.
  • Əjdər Ağayev Pedaqoji elmlər doktoru, prosfessor, Azərbaycan Respublikasının Əməkdar müəllimi. Səmərəli elmi-pedaqoji fəaliyyətinə və “Akademik Mehdi Mehdizadə ömrünün işığı” kitabının hazırlanmasında əməyinə görə 1998-ci ildə mükafata layıq görülüb.
  • Vidadi Xəlilov Pedaqoji elmlər doktoru, professor. Səmərəli elmi-pedaqoji fəaliyyətinə və “Akademik Mehdi Mehdizadə ömrünün işığı” kitabının hazırlanmasında əməyinə görə 1998-ci ildə mükafata layiq görülüb.
  • Bahadur Mehdiyev Qabaqcıl Maarif Xadimi, Cəbrayıl rayon Təhsil Şöbəsinin inspektoru. Ümumtəhsil məktəblərində tədris prosesinin təkmilləşdirilməsi sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə 1998-cı ildə mükafata layiq görülüb.
  • Atəş Abdullayev Pedaqoli elmlər namizədi, dosent. Respublikamızın ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin yeniləşməsi sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 1998-ci ildə mükafata layiq görülüb.
  • Hidayət Musayev Azərbaycan Respublikasının Təhsil Əlaçısı. Təlim-tərbiyə prosesinin yeniləşməsi sahəsində maarifçilik işlərinə və “Akademik Mehdi Mehdizadə ömrünün işığı” kitabının hazırlanmasında əməyinə görə 1999-cu ildə mükafata layiq görülüb.
  • Muxtar Həmzəyev Psixologiya elmləri doktoru, professor. Respublikamızda psixologiya elminin inkişafında xidmətlərinə və anadan olmasının 75 illiyinə görə 1999-cu ildə mükafata layiq görülüb.
  • Yusif Talıbov Pedaqoji Elmlər doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi. Pedaqogika sahəsində apardığı səmərəli, dəyərli tədqiqat işlərinə görə və anadan olmasının 70 iliyi münasibətilə mükafata 2000-ci ildə layıq görülüb.
  • Fərrux Rüstəmov Beynəlxalq Реdaqoji Akademiyanın həqiqi üzvü. Pedaqogika tarixi sahəsində apardığı sistemli tədqiqatlara və gənc pedaqoqlar nəslinin yetişməsində səmərəli fəaliyyətinə görə 2000-ci ildə mükafata layiq görülüb.
  • “Azərbaycan məktəbi” jurnalının yaradıcı heyəti; Respublikamızda pedaqoji mətbuatın flaqmanı olaraq elmi-pedaqoji fikrin inkişafında və geniş yayılmasında səmərəli fəaliyyətə görə 2001-ci ildə mükafata layiq görülüb.
  • Nəcəf Nəcəfov Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri, filologiya elmləri namizədi. Təhsil sisteminin yeniləşməsi və tədris vəsaitləri ilə təmin olunması sahəsində göstərdiyi səmərəli, elmi-pedaqoli fəaliyyətə görə 2003-cü ildə mükafata layıq görülüb.
  • Bilal Həsənli Pedaqoji elmlər namizədi, dosent. Məktəbdə təlim-tərbiyə prosesinin yeniləşməsi sahəsində səmərəli elmi-praktik fəaliyyətinə görə 2003-cü ildmükafata layıq görülüb.
  • Malik Mirzəyev Coğrafiya elmləri namizədi, dosent. Məktəbdə təlim-tərbiyə işlərinin yeniləşməsi sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 2003-cü ildə mükafata layiq görülüb.
  • Fatma Şahmərdanova Naxçıvan şəhərindəki Hərbi litseyin fizika müəllimi. Məktəbdə təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi və tədris etdiyi fənn üzrə qazandığı nailiyyətlərə görə 2003-cü ildə mükafata layıq görülüb.
  • İltifat Bağırov Cəlilabad şəhər 8 nömrəli məktəbin sinif müəllimi. Məktəbdə təlim-tərbiyə prosesinin yeniləşməsi və təhsil islahatının həyata keçirilməsi sahəsində səmərəli fəaliyyətinə görə 2003-cü ildə mükafata layiq görülüb.