Beyləqan şəhərində Akademik Mehdi Mehdizadənin xatirəsinə ucaldılan abidə

Xatirəsi

  • Bakı şəhər Xalq Deputatları Soveti Rəyasət heyəti akademik Mehdi Məmməd oğlu Mehdizadənin yaşadığı binaya (Mirzə Şəfi küşəsi, 19) xatirə lövhəsi vurulması haqqında xüsusi qərar (21.09.1993-cü il 17/165 saylı) vermişdir.
  • Bakı şəhərinin küçələrindən birinə Mehdi Mehdizadənin adı verilmişdir.
  • Azərbaycan Uşaq Fondu M.Mehdizadənin Azərbaycan maarifinin inkişafında böyük xidmətlərini nəzərə alaraq qərar qəbul etmişdir. Qərarda deyilir: “Azərbaycan Uşaq Fondunun respublikanın pedaqoji ali, orta ixtisas, texniki peşə, ümumtəhsil məktəblərində, eləcə də təmayüllü internat məktəblərində təhsil alan istedadlı tələbə və şagirdlərə verdiyi təqaüd “Akademik Mehdi Məmməd oğlu Mehdizadə adına təqaüd” adlandırılsın”.
  • Azərbaycan Müəllimlərinin Yaradıcı İttifaqı 1995-ci ildə akademik Mehdi Mehdizadə adına mükafat təsis etmişdir.
  • Cəbrayıl rayonundakı 1 nömrəli şəhər orta məktəbinə akademik Mehdi Mehdizadənin adı verilmişdir.
  • Beyləqan rayonundakı 3 nömrəli şəhər orta məktəbinə akademik Mehdi Mehdizadənin adı verilmiş və məktəbin həyətində onun büstü ucaldılmışdır.
  • Böyüməkdə olan nəslin təlim-tərbiyəsi sahəsində zəngin ənənələri ilə tanınan Gəncə şəhərindəki 4 nömrəli tam orta ümumtəhsil məktəbi akademik Mehdi Mehdizadənin adını daşıyır.
  • Azərbaycan Dövlət Televiziya Şirkəti professor Vidadi Xəlilovun ssenarisi əsasında “Əsrə bərabər ömür” filmini çəkərək dahi şəxsiyyətin nəsillərə nümunə olan ömür yoluna həsr etmişdir. Həmin film hazırda şirkətin qızıl fondunda saxlanılır.