Xəbərlər / 8/9/2021
AKADEMİK MEHDİZADƏ MÜKAFATININ 2020-21-Cİ DƏRS İLİ ÜZRƏ QALİBLƏRİ ƏFƏNDİYEV KAMİL NAZİM OǦLU - Cəbrayıl rayon Əsgər Veysəlov adına Sirik kənd tam orta məktəbinin XI sinif şagirdi. ABBASOV RAMİN XƏQANI OǦLU - Cəbrayıl rayon Milli Qəhrəman Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbinin IX sinif şagirdi. İBRAHİMOV ELCAN MÜSLÜM OǦLU - Cəbrayıl rayon 10 saylı tam orta məktəbinin VII sinif şagirdi. Kamil Əfəndiyev buraxılış imtahanlarında (qəbul imtahanının ilk mərhələsi) Cəbrayıl məktəbliləri arasında 11-ci siniflər üzrə ən yüksək nəticə göstərib (292 bal). Ramin Abbasov buraxılış imtahanlarında Cəbrayıl məktəbliləri arasında 9-cu siniflər üzrə ən yüksək nəticə göstərib (290 bal). Elcan İbrahimov kimya üzrə fənn olimpiadasının respublika mərhələsində III yeri qazanıb. Qalibləri ürəkdən təbrik edir, onlara gələcəkdə daha böyük uĝurlar arzulayırıq! Xatırladırıq ki, qaliblər Cəbrayıl Rayon Təhsil Şöbəsi tərəfindən seçilir. Təhsil şöbəsinə və xüsusilə şöbənin müdiri Zamiq müəllim Qurbanova bu keyfiyyətli iş üçün çox minnətdarıq! FOTODA: Cəbrayıl Rayon Təhsil Şöbəsinin müdiri Zamiq Qurbanov və akademik Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbinin direktoru Şəlalə Qasımlı qaliblər və onların valideynləri ilə. ---Mükafat barədə məlumat aşaĝıdakı 24 Noyabr, 2020 postunda: Bu məktubu göndərmişdim, çox xoş qarşıladılar! 11 noyabr, 2020-ci il. Cəbrayıl Rayon Təhsil Şöbəsinin müdiri Zamiq Qurbanova Cəbrayıl Rayon İcra Hakimiyyətinə AKADEMİK MEHDİZADƏ ADINA MÜKAFAT Cəbrayıl rayonunun işĝaldan azad olunması və əhalimizin Cəbrayıla qayıdışı münasibəti ilə biz də bir cəbrayıllı ailə kimi çox sevinirik. Qarşıda gərgin əmək tələb edən böyük quruculuq işləri var. Sözsüz ki, dövlətimizin bu barədə planları var, vətəndaşlarımız da doĝma torpaqlara qayıdıb orda kənd təsərrüfatı, tikinti, təhsil, səhiyyə və digər sahələrdə əmək fəlayyəti ilə məşĝul olaraq bu planların həyata keçməsində yaxından iştirak edəcəklər. Ölkədən kənarda yaşasaq da biz də bu böyük qayıdışa öz töhfəmizi vermək istəyirik. Bu məqsədlə təhsil sahəsində Akademik Mehdizadənin adını daşıyan bir mükafat təsis etməyi qərara aldıq. Mehdi Mehdizadə (1903-1984) Cəbrayıl rayonunun Daşkəsən kəndində doĝulmuş, Azərbaycan SSR-nin xalq maarif naziri vəzifəsində çalışmış, pedaqoqika elminə verdiyi möhtəşəm töhfələrə görə SSRI Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Xeyirxah və prinsipial bir insan olan Mehdizadə ölkəmizdə təhsilin inkişafında xüsusi xidmətlər göstərmişdir. Təsadüfi deyil ki, böyük təhsil ənənələri olan, əsası 1876-cı ildə qoyulan Cəbrayıl rayonun ən qədim məktəbi də onun adını daşıyır. Qaçqınlıq şəraitində belə Cəbrayıl məktəbləri təhsil sahəsində böyük uĝurlar qazanmışlar. Ümid edirik ki, təsis etdyimiz bu mükafat təhsil işində yeni bir canlanma yaradacaq, şagirdləri elmə və incəsənətə daha da həvəsləndirəcək. Mükafatın şərtləri barədə aşaĝıdakıları təklif etmək istərdik: 1. Bu mükafat Cəbrayıl rayon orta məktəblərində oxuyan şagirdlər üçün nəzərdə tutulur. 2. Mükafat orta məktəbin 10-11-ci siniflərində oxuyan, akademik göstəricləri yüksək olmaqla bərabər texniki elmlər, humantiar elmlər, yaxud incəsənətin (rəssamlıq və musiqi) hansısa sahəsində xüsusi istedad nümayiş etdirən şagirdlərə verilir. 3. Mükafatın ümumi məbləĝi illik olaraq 900 ABŞ dollarıdır. Bu məbləĝ hər biri 300 ABŞ dolları olmaqla hər il üç şagirdə verilir. 4. Mükafat 2020-21-ci dərs ilindən başlayaraq, hər il may ayında münsiflər heyəti tərəfindən seçilmiş qaliblərə təqdim edilir. 5. Münsiflər heyəti 6-10 nəfər qabaqcıl maarif işçilərindən ibarət olmaqla Cəbrayıl Rayon Təhsil Şöbəsi tərəfindən formalaşdırılır. Bir sponsor olaraq biz münsiflər heyətinin işində iştirak etməyəcəyik. Azər Əhmədov, riyaziyyat professoru, Quzey Dakota Dövlət Universiteti, ABŞ. Kəmalə Qasımlı, Akademik Mehdizadə adına məktəbin keçmiş müəlliməsi---QEYD: Pandemiya dövrünün çətlinkləri ilə baĝlı şərtlərdən azca kənara çıxmalar oldu. Daha sərbəst seçim imkanı yaratmaq məqsədilə, gələcək illərdə də, biz şərtlərdə iki dəyişiklik edəcəyik: 1) May ayı əvəzinə mükafat iyul ayında təqdim olunacaq. 2) Qaliblər təkcə X-XI sinif şagirdləri deyil, bütün yuxarı sinif şagirdləri arasından seçiləcək.
Azər Əhmədov | https://www.facebook.com/profile.php?id=100012165244228