Məktəblinin fəal həyat mövqeyinin formalaşdırılması dedikdə elə bir proqramlaşdırılmış prosesin nəticəsi nəzərdə tutulur ki, orada şəxsiyyət mükəmməl təhsil və tərbiyə vasitəsi ilə elmi dünyabaxışa yiyələnir, müxtəlif amillərin təsiri altında inkişaf edir, möhkəm iradi, estetik və fiziki keyfiyyətlərlə silahlanaraq kamilləşir, yalnız öz vətəndaşlıq borcunu dərk etməyə deyil, eyni zamanda onu istənilən şəraitdə, cəmiyyətin xeyrinə vicdanla və fəal şəkildə yerinə yetirməyə hazır olur.